Azərbaycan 2019-cu ilin yanvar-iyul aylarında ərzaq məhsullarının idxalını 11,5% - $856 mln. 233,43 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 653,228 min ton (artım 9,2%) buğdanın ($145 mln. 789,02 min), 189,302 min ton (artım 8,7%) meyvə-tərəvəz məhsullarının ($113 mln. 60,34 min), 28,804 min ton (artım 12,1%) ətin ($43 mln. 329,94 min), 94,488 min ton (azalma 4,3%) bitki və heyvan mənşəli yağların ($77 mln. 979,06 min) payına düşüb.
2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana $37 mln. 304,89 min dəyərində 7 min 482,15 ton kərə yağı (artım 2,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 10,15%-i ərzaq məhsullarının payına düşüb.**
N.Abbasova