Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Visa Inc.” beynəlxalq kart təşkilatı ilə birgə Bakıda nağdsız ödəniş xidmətlərinin genişləndirilməsi və təkmilləşdirilməsi mövzusunda seminar keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MBNP-dan məlumat verilib.
“Bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi, innovativ texnologiyalar sahəsində qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsi məqsədilə keçirilən seminar Azərbaycanda tokenizasiya xidmətinin tətbiqinə həsr olunub. Tədbirdə tokenizasiya xidməti və onun üstünlükləri, qabaqcıl ölkələrin bu istiqamətdə təcrübələri, təsərrüfat subyektlərində POS-terminal olmadan mobil telefonlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi imkanları müzakirə edilib”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov