2019-cu ilin birinci yarısında Azərbaycanda əhalinin sayı 0,4% artaraq iyulun 1-nə 10 mln. 19,575 min nəfərə qədər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 116 nəfərdir.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1 min kişiyə orta hesabla 1,003 min qadın düşür.
Birinci yarımillikdə ölkə üzrə 66,687 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,6 təşkil edib. Yeni doğulan oğlanlar 53,4% qızlar – 46,6% təşkil edib. Körpələrin 1,478 mini əkiz, 36-sı isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 28,745 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,9 təşkil edib. 2018-ci ilin yanvar-iyun aylarında ölüm səviyyəsi 6 təşkil edib.
Bu dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 29,391 min nikah və 8,257 min boşanma halı qeydə alınıb.
Yanvar-iyunda Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 911 nəfər gələn və 735 nəfər ölkədən gedən qeydə alınıb.**
B.Rüstəmbəyov