2018-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə əməliyyatların sayı 2,4 dəfə azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilir.
“2018-ci ildə Azərbaycanda BKM vasitəsilə 10,4 mln. əməliyyat (2017-ci ildə 24,6 mln.) həyata keçirilib. Əməliyyatların həcmi 990 mln. manat, 2 mln. avro və $5,4 mln. təşkil edib. 2017-ci illə müqayisədə manatla əməliyyatların həcmi 38,3%, dollarla əməliyyatların həcmi 55,6%, avro ilə əməliyyatların həcmi 65% artıb”, - deyə məlumatda bildirilir.
Ötən ilin sonuna Azərbaycanda bank kartlarının sayı 6,5 mln., quraşdırılan bankomatların sayı 2502 ədəd, POS-terminalların sayı 66,11 min ədəd təşkil edib. 2018-ci ildə bank kartları ilə nağdsız əməliyyatların həcmi 65% artıb.
Banklararası Kart Mərkəzi 2016-cı il aprelin 1-dən fəaliyyət göstərir.*
Ə.Məmmədov