Praktiki məsələlərə görə keçirilməsi təxirə salınmiş Rusiya, İran və Azərbaycan liderlərinin sammiti Rusiyada keçiriləcək, lakin hələlik tarixi təsdiq olunmayıb. Bu barədə RF prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“Xeyr. Biz praktiki qaydalar nöqteyi-nəzərindən onu təxirə saldıq və tərəfdaşlarla yeni tarix barədə razılıq əldə olunmasına dair şərtləşdik, baxmayaraq ki, aydın məsələdir ki, o bizim ökədə keçiriləcək”, - Uşakov Moskvada keçirilən brifinqdə “İnterfaks”ın sualına cavabında bildirib. **