Şəmkir rayonunda baş vermiş yanğın nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Bu barədə yerli KİV-lər xəbər verir.
Yanğın Sarıtəpə kəndində fərdi yaşayış evində baş verib.
"Yanğın nəticəsində 2 yaşlı Nicat Elmar oğlu Məmmədov həlak olub. Onun anası Mətanət İlqar qızı Məsimova (1995-ci il təvəllüdlü) və nənəsi Səltənət Allahverdi qızı (1964-cü il təvəllüdlü) yanıq xəsarətləri alıblar. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olması səbəbindən onların paytaxt xəstəxanalarından birinə köçürülməsi planlaşdırılır.
Səhiyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, xəsarət alanlar hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılırlar.
“Yaralıların vəziyyəti ağırdır. Səltənət Allahverdi qızının bədəninin 50%-i, Mətanət Məsimovanın bədəninin 70%-i yanıb. Yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onlar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Şöbəsinə aparılırlar. Səhiyyə Nazirliyi yaralıların müalicəsini nəzarətə götürüb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.*
Ə.Məmmədov