Gəncə Şəhər İcra Hakimiyyəti Şahlar Hüsenov küçəsi 13A nömrəli ünvanında yeni çoxmənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması işlərinə təqribən 3,3 mln. manat yönəldəcək.
www.tender.gov.az saytının materiallarına əsasən, tikinti işlərini açıq tenderin qalibi olan «Atlas ES» MMC yerinə yetirir.
Müqavilənin dəyəri – 3 mln. 301,261 min manatdır. **
F.İsazadə