Şabran şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 7 nəfər tibbi yardım üçün şəhər xəstəxanasına müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Xəstəxanaya müraciət edən 2 kişi və 5 qadına kəsilmiş yara, tüstüdən boğulma və stress diaqnozu qoyulub.
“Onlardan iki nəfəri cərrahiyyə şöbəsinə, beş nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur”, - deyə məlumatda bildirilir.
Yanğın günorta saatlarında yaşayış binasının elektrik şəbəkəsində baş verib.*
F.İsazadə