Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin həlak olan pilotu Rəşad Atakişiyev bu gün II Fəxri xiyabanda dəfn edilib.
R.Atakişiyevlə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilib.
Pilotla vida mərasimində onun dostları və yaxınları, eləcə də hökumət nümayəndələri – müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbərliyi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov iştirak ediblər.
R.Tahirov pilot R.Atakişiyevin tabutunun üzərinə sərilmiş Azərbaycanın dövlət bayrağını onun həyat yoldaşına təqdim edib.
Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.*
F.İsazadə