2019-cu ilin I yarısında Azərbaycan kartof ixracını 24,6% azaldıb, idxalını isə 13,6% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"I yarımillikdə Azərbaycan $26 mln. 785,51 min dəyərində 61,555 min ton kartof ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixrac miqdar ifadəsində 24,6%, dəyər ifadəsində 24,4% azalıb”, - deyə məlumatda bildirilir.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Yanvar-iyun aylarında bu ölkəyə $25 mln. 76,18 min dəyərində (azalma 13%) 55,786 min ton kartof (azalma 13,3%) ixrac edilib.
Yanvar-iyun aylarında Azərbaycana $23,886 mln. dəyərində (artım 16,8%) 91,442 min ton kartof (artım 13,6%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya, İran və Pakistan olub. Rusiya 38,197 min ton ($9 mln. 181,03 min), İran 35,917 min ton ($8 mln. 719,95 min), Pakistan isə 8,352 min ton ($2,5 mln.) kartof tədarük edib. RF-dən kartof idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 4,3%, dəyər ifadəsində 13% azalıb.
2018-ci ildə Azərbaycan $29 mln. 627,54 min dəyərində 66,563 min ton kartof ixrac edib.*
B.Rüstəmbəyov