“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC kimyəvi maddələrin, elektrik mallarının, maşın və avadanlıqların, eləcə də sərfiyyat materiallarının satın alınmasına 705 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında verilən məlumata görə, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 3 şirkətlə qeyd olunan məhsulların tədarükü haqqında 5 müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 705,213 min manatdır.
«Tornado-SL» MMC ilə ümumi dəyəri 394,736 min manat olan 2 müqavilə, «Ekoservis-A» MMC ilə 290,232 min manat dəyərində 2 müqavilə, «Arazplast» MMC ilə 20,243 min dəyərində 1 müqavilə bağlanıb.
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 2008-ci il iyunun 13-də yaradılıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxildir.*
B.Rüstəmbəyov