İranın xarici işlər naziriMəhəmməd Cavad Zərifbazar günü “Böyük yeddilik” (G7) ölkələrinin sammitinin keçirildiyi Fransanın Biarrits şəhərinə gəlib. Bu barədə Associated Press məlumat verir.
İranlı nazirin Biarritsdə proqramı barədə hələlik məlumat verilmir. Yalnız qərb mətbuatı qeyd edir ki, Zərif G7 “çərçivəsində” görüşlər keçirəcək.
İranın nüvə proqramı - G7 sammitinin ən müzakirə olunan mövzularındandır. **