Ankara və Moskva Türkiyənin Su-57 təyyarələrini alışı imkanlarının müzakirəsinə başlayıb. Bu barədə cümə günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan məlumat verib.
“Türkiyə və Rusiya Su-57 təyyarələrinin alışını müzakirə edir”, - Anadolu xəbər agentliyi Ərdoğanın sözlərindən sitat gətirir.
Öncə Türkiyə prezidenti bəyan edib ki, Ankara Amerikanın F-35 təyyarəsini almağa müvəffəq olmasa Rusiyanın Su-35 və Su-57 qırıcılarının alışı imkanını nəzərdən keçirəcək. **