Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı artırılıb.
Minimum əməkhaqqı məbləğinin 180 manatdan 250 manatadək artırılması haqqında Azərbaycan prezidentinin sərəncamı qüvvəyə minib.
Prezident İlham Əliyev 2019-cu il iyunun 18-də minimum əməkhaqqının müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqının məbləği 250 manat təşkil edəcək.
Dövlət başçısının digər sərəncamı ilə sentyabrın 1-dən dövlət büdcəsindən maliyyələşən bir sıra qurumların əməkdaşlarının maaşları 40% artırılacaq.
Xüsusilə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşlarının maaşları artırılıb.
Həmçinin dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin vəzifə maaşları sentyabrın 1-dən 40% artırılıb.
Bundan əlavə, sentyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılanmüəllimlərin, habelədövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərinaylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.*
B.Rüstəmbəyov