SOCAR 2019-cu ilin yanvar-avqust aylarında Bakı-Novorossiysk neft kəməri ilə 409,4 min ton neft ixrac edib. Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə cari ilin yanvar-avqust aylarında Azərbaycandan Novorossiysk limanına 409,4 min ton, avqustda isə 79,98 min ton neft nəql olunub”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
SOCAR 2018-ci ilin yanvar-avqust aylarında Bakı-Novorossiysk kəməri ilə 798,5 min ton neft nəql edib. Beləliklə, cari ilin müvafiq dövründə bu boru kəməri ilə neft ixracı 48,7% azalıb.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.*
N.Abbasova