2019-cu il sentyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $60,5 mln.-dan çox vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il sentyabrın 1-dək 102 mln. 500,3 min manat (cari məzənnə ilə $60,3 mln.), $213,578 min, 17,266 min avro və 5 min rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
F.İsazadə