Tehran Birləşmiş Ştatlarla ilə ikitərəfli danışıqlarda iştirak etməyi planlaşdırmır. Çərşənbə axşamı “Mehr” agentliyi ölkə prezidenti Həsən Ruhaninin bəyanatından sitat gətirir.
“Biz bunu əvvəllər də demişik, indi də təkrar edirik. Biz Birləşmiş Ştatlarla ikitərəfli danışıqlar aparmaq niyyətində deyilik. Bunu heç zaman düşünməmişik və gələcəkdə etmək niyyətində deyilik”, - Ruhani bu gün parlamentin sessiyasında bildirib.
“Əvvəllər də danışıqların keçirilməsi ilə bağlı çağırışlar olub, lakin biz heç zaman buna cavab verməmişik”, - o əlavə edib. **