2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya səfərlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% artıb. Bu barədə “TurStat” portalının məlumatında deyilir.
Xüsusilə I yarımillikdə Azərbaycandan Rusiyaya səfərlərin sayı 418 minə çatıb.
Azərbaycan bu göstəriciyə görə “TurStat”ın reytinqində 5-ci yeri tutub.
Rusiyaya turist səfərlərinin sayına görə ölkələrin ilk onluğuna Ukrayna - 3 mln. 424 min səfər (-8%), Qazaxıstan - 1 mln. 569 min (+2%), Çin - 780 min (+17%), Finlandiya - 430 min (-7%), Polşa - 323 min (-7%), Almaniya - 270 min (+3%), Ermənistan - 260 min (0%), Moldova - 189 min (-17%) və Estoniya - 232 min (+9%) daxildir.*
X.Nəsirzadə