Sahibkarlığın İnkişafı Fondu(SİF) 2019-cu ilin əvvəlindən 76,2 mln. manat ümumi məbləğdə güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Ümumilikdə, dəyəri 265,8 mln. manat olan layihələrin reallaşdırılması üçün 721 sahibklara 76,2 mln. manat məbləğində güzəştli kredit ayrılıb. Bu layihələrin reallaşdırılması 3 minə yaxın yeni iş yeri açmağa imkan yaradacaq”, - məlumatda qeyd olunur.
Bu gün SİF tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 4q sahibkarlara 3,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, turizm, bağçılıq, aqroparkların yaradılması, tara istehsalı sahələrinə yönəldiləcək.
İndiyədək Quba-Xaçmaz iqtisadi rayonunda faəliyyət göstərən sahibkarlıq subyektlərinin 2,731 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 217,3 mln. manat ümumi məbləğdə güzəştli kredit verilib.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır.
2018-ci ildə fondun xətti ilə sahibkarlara 160,2 mln. manat güzəştli kredit verilib. 2019-cu ildə bu məbləğ ən azı 160 mln. manat təşkil edəcək.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 mln. manatadək və 10 il müddətinə 1 mln. manatdan 10 mln. manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
B.Rüstəmbəyov