Cümə günü Bakıda Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimlərinin bağlanış mərasimi keçirilib.
“Eternity - 2019” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş məqsədlərə nail olunub. Qonaqlar təlimin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər”, - nazirliyin məlumatında deyilir.
Xəbər verildiyi kimi, hər üç ölkənin ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyinin təmin olunması üzrə iştirakçıların biliklərinin artırılmasında, onların əməliyyat, təlim və analitik bacarıqlarının inkişaf etdirilməsində, həmçinin mühafizə fəaliyyətini həyata keçirən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsində bu təlim mühüm əhəmiyyət kəsb edib.
Təlimlərə sentyabrın 2-də start verilib. **
F.İsazadə