Birləşmiş Ştatlar Ermənistanın güclü və demokratik olmasında maraqlıdır. Bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent deyib.
“Biz Ermənistanı uğurlu, inkişaf edən, demokratik və təhlükəsiz görməyi arzu edirik”, - Kent “Amerikanın səsi” radiostansiyasına bildirib.
Onun sözlərinə görə, müstəqillik əldə olunandan etibarən ABŞ Ermənistana $2 mlrd. məbləğində yardım ayırıb.
“Ermənistandakı “məxməri inqilab”dan sonra ABŞ alternativ və təmiz elektrik enerjinin inkişafı, ölkə üçün vacib önəm kəsb edən demokratik islahatların həyata keçirilməsində yardım etməyə davam edir”, - o qeyd edib.
“Məxməri inqilab” Ermənistanın inkişafı üçün yeni qapılar açıb və ABŞ bu məsələdə Ermənistana yardımda maraqlıdır. Ermənistan uğurlu ölkə olmaq üçün ciddi imkanlara malikdir, biz bunu arzu edirik, bu bizim maraqlarımızdan irəli gəlir”, - Kent vurğulayıb. **