Ağsu rayon İcra Hakimiyyəti zəlzələ nəticəsində ziyan görmüş çoxmərtəbəli yaşayış evlərinin təmirinə «Taleh TT» MMC-ni cəlb edib.
Müqavilə çərçivəsində işlərin dəyəri 813 min 287,99 manat təşkil edir.
Xəbər verildiyi kimi, fevralın 5-də saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Episentrdə zəlzələnin gücü 6 bala çalıtb. Ətraf rayonlarda – Şamaxı və Ağsuda zəlzələ 5,3 bal gücündə hiss olunub. **
N.Abbasova