Bələdiyyə ödənişləri “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilir.
“6 sentyabr tarixindən yerli (bələdiyyə) vergi və ödənişlər Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub. İlkin mərhələdə ölkədə mövcud olan 1607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib”, - MAB-dən qeyd ediblər.
“Hökumət Ödəniş Portalı” KÖMİS-in texniki platformasında fəaliyyət göstərir. KÖMİS sisteminə 30 bank, həmçinin “Azərpoçt” MMC qoşulub. Hazırda milli ödəniş sisteminin infrastrukturuna bankların və “Azərpoçt”un 2,5 mindən artıq filial və şöbələri daxildir. **
Ə.Məmmədov