Moldovanın Qaqauziya Muxtariyyəti prezident İlham Əliyevin Çadır-Lunqada mədəniyyət-təhsil kompleksinin açılışına gələcəyini gözləyir.
Moldova prezidenti İqor Dodon bu gün Qaqauziya Muxtariyyətinin başkanı İrina Vlax ilə muxtariyyətin inkişafı ilə bağlı bir sıra mühüm sosial-iqtisadi məsələləri müzakirə edib.
“İ.Vlax Çadır-Lunqada Heydər Əliyev Fondu tərəfindən inşa olunan mədəniyyət-təhsil kompleksinin tikintisinin tezliklə başa çatacağı barədə məlumat verib. Kompleks bu ilin sonunadək istifadəyə verilməlidir. Onun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyini gözləyirik”, - deyə İ.Dodon Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb.*
F.İsazadə