Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
"Nümayəndə heyətinin tərkibinə, həmçinin regional parlamentin sədri Lyudmila Babuşkina, deputatlar, biznesmenlər və başqaları daxildir", - deyə “Eanews.ru” portalı qeyd edir.
Səfər 11-12 sentyabr tarixlərində baş tutacaq.
"Qonaqlar Sverdlovsk vilayəti və Azərbaycan Respublikasının müəssisə və təşkilatları arasında keçirilən biznes forumda iştirak edəcəklər", - deyə nəşr yazır.
L.Babuşkina, həmçinin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə də görüşəcək.
"Bundan başqa, sverdlovsklu deputatların Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü çərçivəsində dialoq aparılacaq", - deyə məlumatda vurğulanır.*
A.Əzizov