Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Təlim Almaniyada “Hohenfels” təlim mərkəzində keçiriləcək.
“Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir”, - deyə məlumatda bildirilir.
Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.
Təlim sentyabrın 30-dək davam edəcək.*
B.Rüstəmbəyov