Birinci yarımilliyin sonuna Azərbaycanda kart əməliyyatlarında nağdsız ödənişlərin payı 20% təşkil edib. Bunu “Visa” beynəlxalq ödəniş sistemi qeyd edir.
“Birinci yarımilliyin sonuna Azərbaycanda ümumi kart dövriyyəsində nağdsız ödənişlərin payı 20% təşkil edib, bud a ötən ilin analoji dövrünün göstəricisindən 4 faiz punktu çoxdur”, - “Visa” şirkətinin Qafqaz regionu üzrə direktoru Kristina Doroş çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bütövlükdə Azərbaycanın nağdsız ödənişlər bazarı artım nümayiş etdirir.
“2019-cu ilin birinci yarısının yekunları üzrə tranzaksiyaların sayı ötən ilin analoji dövrü ilə müaqayisədə 40%, tranzaksiyaların məbləği – 39% artəb. Eyni zamanda, çekin orta məbləği 1,4% və ya 54 manatadək azalıb. Bu, qəribə olsa da, müsbət göstəricidir, çünki müştərilərimizin hətta kiçik əməliyyatlarda kartlardan istifadə etdiklərini göstərir”, - Doroş qeyd edib.
Prezident İlham Əliyev 2018-ci il sentyabrın 26-da “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nı təsdiq edib. Bu Proqram hesabına AMB iqtisadi tranzaksiyada nağd ödənişlərin payının 74%-dən (2017-ci ildə) 40%-ə qədər (2020-ci ildə) azalacağını gözləyir. Eyni zamanda, 2018-2020-ci illərdə nağdsız ödənişlərin illik həcminin 17 mlrd. manat artımı (cari məzənnə ilə $10 mlrd.) proqnozlaşdırılır. **
Ə.Məmmədov