Kiyev və Bakı, o cümlədən iki ölkənin ərazi bütövlüyünün təminatı məslələrində beynəlxalq meydançalardan vahid mövqedən çıxış etməlidir. Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski belə hesab edir.
“Münaqişələrin həlli üzrə mənim reseptim – daha qətiyyətli, güclü və stabil olmaqdır. İqtisadiyyat, ordu nə qədər güclü olarsa, bizim rəyimizi daha tez nəzərə alacaqlar”, - Kanevski çərşənbə axşamı mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində Ukraynanın mövqeyi “tamamilə ardıcıl və dəyişməzdir”. “Ukrayna və Azərbaycan biri-birinin ərazi bütövlüyünü dəstələyir, bu dəfələrlə bəyanatlarda sənədləşdirilib”, - səfir əlavə edib.
O vurğulayıb ki, Azərbaycanda və Ukraynada ərazi münaqişələrinin həlli üzrə danışıqlar uzun illər ərzində davam edə bilər. “Bu günə sanksiyaların tətbiqi mexanizmi daha effektivdir. Lakin tez zamanda reallaşmır və çox zaman tələb edir”, - Kanevski bildirib.
Onun rəyinə görə, postsovet məkanında münaqişələrin həlli üçün “bizə həm GUAM təşkilatı çərçivısində, həm də ikitərəfli məsləhətləşmələrdə birgə mövqe lazımdır”. **
F.İsazadə