2019-cu iin sonunadək Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində əsaslı təmir və yenidənqurma işləri yekunlaşacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisədə hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Burada müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq, sınanmış fizioterapevtik metodların tətbiqi və müasir avadanlıqlardan istifadə əsasında əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək”, - nazirlikdən qeyd ediblər.
Məlumata əsasən, Mərkəzdə əsaslı təmir və yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. **
X.Nəsirzadə