Fransanın Azərbaycanda yeni səfiri Zaxari Qross Bakıya sentyabrın sonunda gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fransa səfirliyindən məlumat verilib.
"Biz Qrossun Bakıya sentyabrın sonunadək gələcəyini gözləyirik", - deyə məlumatda bildirilir.
Yeni təyinata qədər Z.Qross Fransa Xarici İşlər Nazirliyində xarici işlər üzrə baş müşavir vəzifəsində çalışıb.
O, səfir postunda Aurelia Buşezi əvəz edəcək.*
F.İsazadə