Sankt-Peterburq şəhər məhkəməsi bloger Elvin İsayevin cərimə olunaraq RF-dən çıxarılması haqqında Dzerjin rayon məhkəməsinin qərarını ləğv edib.
Sankt-Peterburq məhkəmələrinin birləşmiş mətbuat xidmətinin məlumatına görə, iş yenidən baxılmağa göndərilib. İsayevin özü isə Xarici Vətəndaşların Müvəqqəti Saxlanması Mərkəzindən azad edilib.
Qeyd edək ki, Dzerjin rayon məhkəməsi E.İsayevi Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3.1-ci hissəsində nəzərdə tutulmuş inzibati qanun pozuntusunda (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) təqsirli bilərək onun 5 min rubl məbləğində cərimələnərək ölkədən çıxarılması haqqında qərar qəbul etmişdi.*