2019-cu ilin sonunadək Ukrayna Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır. Bunu Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski deyib.
“Istərdim ki, bu il prosesə başlayaq (Bakıda fəxri konsulluğun açılışı - İF). Təcrübə göstərir ki, nikbin halda razılaşdırılma prosesi 3-3,5 ay çəkə bilər. Yəni, nəzəri olaraq, Azərbaycan tərəfi ilə bütün razılıqları keçsək, ilin sonuna fəxri konsulluq aça bilərik”, - Kanevski “İnterfaks-Azərbaycan”ın müxbirinin sualına cavabında bildirib.
Diplomat qeyd edib ki, fəxri konsulluğun açılışı “kifayət qədər ambisiyalı layihədir və ticarət-iqtisadi münasibətlərin inkişafı nöqteyi-nəzərindən əlaqəlidir”.
“Təcrübə göstərir ki, bu, mədəni-humanitar sahənin inkişafı üçün əlavə və daha geniş imkandır. Hesab edirəm ki, bu meydança tələbatlı olacaq və ikitərəfli münasibətlərin inkişafına kömək edəcək. Bizdə artıq bunu necə edəcəyimizdə dair konkret planlar, konkret namizəd var. Açılış münasibətlərin inkişafına əlavə təkan verəcək”, - səfir əlavə edib.
O, həmçinin vurğulayıb ki, Bakıda Ukraynanın Azərbaycandakı Ticarət Evi test rejimində fəaliyyət göstərir.
“Bu, ticarət-iqtisadi münasibətlərin inkişafı kontekstində vacib elementdir. Bu yalnız qarşılıqlı ticarət dövriyyəsinin artımı üçün bütöv meydançadır. Bu həm konsaltinq funksiyaları, ümumi logistika əlaqələrinin tapılması, daxili və xarici kooperasiya, Azərbaycan bazarına daxil olan şirkətıərin hüquqi müdafiəsidir. Yəni, hən Ukrayna, həm də Azərbaycan biznes nümayəndələrinə köməkdir”, - səfir bildirib.
Kanevski vurğulayıb ki, Azərbaycanda fəaliyyəti öncə bütün sahələrdə münasibətlərin genişləndirilməsinə yönələcək. “Yaxşı imkan var. Mənim sələfim (Aleksandr Mişenko - İF) bunun üçün yaxşı şərait yaradıb”, - diplomat qeyd edib. **
F.İsazadə