Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi dərman preparatlarının alışı və respublikada səhiyyə təchizat sisteminin gücləndirilməsi üzrə layihənin reallaşdırılmasına dair 11 mln. 989 min 370,15 manat ümumi məbləğdə iki müqavilə bağlayıb.
www.tender.gov.az saytının məlumatına görə, “Azərtibbtəchizat” MMC ilə narkoz , narkotik və psixotrop dərman preparatlarının satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 7 mln. 970 min 655,15 manatdır.
Bundan başqa, BMTİP ilə ölkədə səhiyyə təchizat sisteminin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinə dəstək layihəsinin reallaşdırılmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 4 mln. 18 min 715 manatdır. **
N.Abbasova