Bu gün Bakıda Azərbaycan və Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasında bir sıra ikitərəfli saziş imzalanıb.
Xüsusilə Sverdlovsk vilayəti və Azərbaycan hökumətləri arasında "Ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin həyata keçirilməsi haqqında" saziş imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev imzalayıblar.
Bundan əlavə, Azərbaycan və Sverdlovsk vilayətinin universitetləri arasında da sazişlər imzalanıb.
Belə ki, Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında Anlaşma Memorandumu rektorlar Elçin Babayev və Viktor Kokşarov tərəfindən imzalanıb. Həmçinin Ural Federal Universiteti ilə Azərbaycan Dövlət Dillər Universiteti arasında da əməkdaşlıq sazişi imzalanıb. Azərbaycan tərəfdən sazişi rektor Kamal Abdulla imzalayıb.*
Ə.Məmmədov