Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başladı.SOCAR-ın vitse-prezidenti, kollecin İdarə Heyətinin sədri Xalik Məmmədov tədbiri açaraqqonaqları, müəllim və şagirdləri yenidərsilinin başlanması münasibəti ilə təbriketdi. Sonra söz ABC-nin yeni direktoru İan Mccutcheon verildi. İan Mccutcheon öz çıxışı zamanı məzunlarımızın uğurlarından və bu akademik ildə baş verəcək yeniliklərdən bəhs edərək dedi: “Məzunlarımız dünyanın ən nüfuzlu universitetləri olan Oksford, Loughborough, Calgary kimi universitetlərinə qəbul olmuşlar, bundan əlavə şagirdlərimiz Chekpoint imtahanlarından Riyaziyyat, İngilis dili və Təbiət elmləri fənnlərində dünya üzrə orta göstəricini keçməyə davam edirlər. Xüsusilə qeyd edim ki, İbtidai məktəb şagirdləri İngilis dili fənnindən ən yüksək nəticə göstərərək ötən ilin nəticəsi olan 4.4 balı bu il 4.6-ya çatdırmışlar. Orta məktəbin aşağı siniflərində isə bu göstərici 4.9 olmuşdur.
Bu il akademik sferada yenilik baş verəcəkdir. Belə ki, ilk dəfə olaraq 10-cu sinif şagirdlərimizə Təsviri incəsənət, Musiqi, Alman dili və Qlobal Perspektivlər fənlərindən beynəlxalq ixtisaslaşmaya sahib olmaq imkanı veriləcəkdir. Bu fənlərin təqdim olunması şagirdlərin seçimini genişləndirir və bu da bizə şagirdlərimizi istedad və maraq dairələrinə uyğun təhsillə təmin etməyə kömək edir”.
Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti - Rövnəq Abdullayev, valideynlərdən Milli Məclisin deputatı HüseynbalaMirələmov çıxışedərək ilk dərs günü münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzuladılar.
Məktəb haqqında məlumat:
Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlamış, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 760 şagird üçün xidmət göstərməkdədir.
ABC-də İngiltərə Milli Kurrikulumu 30 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənnləri də kurrikuluma daxil edilmişdir.
Beynəlxalq Məktəblər Şurası və Beynəlxalq Britaniya Məktəblər Şurası kimi mötəbər beynəlxalq akkreditasiya qurumlarına üzv olan ABC, həmçinin “Kembric Beynəlxalq İmtahanlar” və “Edeksel” kimi tanınmış imtahan mərkəzlərindən lisenziya alaraq 2016-2017-ci tədris ilinin sonunda öz tarixində ilk dəfə beynəlxalq imtahanlar təşkil edib. ABC Kembric Beynəlxalq İmtahan Mərkəzinin keçirdiyi beynəlxalq IGCSE imtahanlarında göstərdiyi yüksək nəticələrə görə xüsusi olaraq fərqlənir.
Məktəbin şagirdləri 2017-ci ildən beynəlxalq olimpiadalarda iştirak edərək müxtəlif medallara layiq görülmüşlər. Məktəbin məzunları Oksford universitetinin, Çexiya Respublikasının nüfuzlu Charles universitetinin, İngiltərənin Loughborough universitetinin, Kanadanın Calgary universitetinin tələbəsi adını qazanmışlar.
Valideyn müəllim kommunikasiya əlaqələrinin gücləndirilməsi məqsədi ilə yeni tədris ilindən Azərbaycan Britaniya Kollecində iSAMS Məktəb İnformasiya İdarəetmə Sistemi tətbiq olunmağa başlayıb.
Azərbaycan Britaniya Kollecinin şagirdləri artıq 3 ildir ki, SOCAR təqaüd proqramından yararlanırlar və bu müddət ərzində 80-dən çox şagird yüksək nəticələr göstərərək SOCAR-ın təqaüdünü ala biliblər.
Eyni zamanda, hər il məktəbdə çalışan yerli müəllimlər kollecin hesabına Böyük Britaniyadakı Nottingham Universitetinin ixtisasartırma kurslarına göndərilir.