1 sentyabr 2019-cu il tarixinə Azərbaycanda 1 mln. 31,164 min vergi ödəyicisi Vergilər Nazirliyində uçotdadır. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Vergi ödəyicilərinin 135,082 mini hüquqi şəxslərdir (13,1%). Ötən ilin müvafiq dövrü ilə müqayisədə hüquqi şəxslərin sayı 11,5% artıb. Bütövlükdə, qeydiyyata alınmış hüquqi şəxslərin 99,2%-i kommersiya hüquqi şəxslərdir.
Bu ilin avqust ayında 1,372 min vergi ödəyicisi nazirlikdə qeydiyyata alınıb ki, bu da ötən ilin avqust ayına nisbətən 47% çoxdur.
Məlumatda qeyd olunur ki, hesabat dövründə 64,329 min hüquqi şəxs (53,7%) aktiv olub.
1 sentyabr 2019-cu il tarixinə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 31,946 min (2018-ci il dekabrın 31-i ilə müqayisədə artım 22%), aktiv ƏDV ödəyicilərinin sayı isə 18,622 mindir.*
X.Nəsirzadə