Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüş çərçivısində əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən sənaye, maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi, sərmayə qoyuluşu, mədəniyyət, təhsil sahələri ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edildi”, - məlumatda deyilir.
Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Xüsusilə, 2018-ci ildə Azərbaycanla Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin 85% artması vurğulanıb.
Həmsöhbətlər ticarət dövriyyəsinin daha da artırılması üçün lazımi potensialın mövcud olduğunu vurğuladılar.
Prezident Əliyev Rusiyadan Azərbaycana gələn turistlərin sayının durmadan artdığı vurğulayaraq, Sverdlovsk vilayəti ilə turizm sahəsində əlaqələrin inkişaf etdirilməsinin önəmini bildirdi. **
Ə.Məmmədov