Azərbaycanın şimalında Xaçmaz-Xudat avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb.
“Xəsarət alanların hamısı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”, - Səhiyyə Nazirliyi məlumat verib.
Həmçinin nazirlikdən xəsarət alanların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. “Hazırda onların müalicəsi Travmatologiya şöbəsində davam edir”, - nazirlik qeyd edir. **
B.Rüstəmbəyov