Vaşinqton Xəzər dənizində terrorla mübarizə və kəşfiyyat məlumatlarının toplanması üçün nəzərdə tutulan avadanlıqların Azərbaycana tədarükünə $10 mln. yönəldəcək. Bu barədə ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Virciniya ştatının Aleksandriya şəhərində yerləşən “VSE Corp.” Korporasiyası Xəzər dənizində terrorla mübarizə və kəşfiyyat avadanlıqlarının tədarükü və Azərbaycanın Dəniz Təhlükəsizliyi Proqramı çərçivəsində təlim haqqında $10 mln. 82,812 min dəyərində müqaviləni qazanıb", - deyə məlumatda bildirilir.
Sənəddə qeyd olunur ki, müqavilə ABŞ-ın xarici hərbi satış proqramı çərçivəsində Azərbaycan hökuməti üçün bağlanıb.
Müqavilənin reallaşdırılması üzrə xidmətlər ABŞ-da və qismən Azərbaycanda həyata keçiriləcək. Onun 2020-ci ilin sentyabr ayında başa çatması planlaşdırılır.*
F.İsazadə