2019-cu il oktyabr ayının 24-də Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
"“Texnoloji və siyasi yeniliklərlə əlaqədar enerji keçidinin təmin olunması” mövzusunda forum oktyabrın 24-də Bakıda keçiriləcək”, - deyə məlumatda bildirilir.
Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək.*
N.Abbasova