Prezident İlham Əliyev bu gün Bakı Metropoliteninin “Xətai” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Xətai” stansiyası 1968-ci ildə istismara verilib.
Sentyabrın 27-dən etibarən stansiya təmir-bərpa və quraşdırma işləri ilə əlaqədar bağlanmışdı.
Təmir-bərpa işləri zamanı istismar müddəti başa çatan eskalatorlar yeniləri ilə əvəzlənib. Bundan əlavə, stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılıb, stansiyanın vestibülü təmir olunub.*
N.Abbasova