Azərbaycanın KTMT-də müşahidəçi statusunu əldə etməsinə dair qərar təşkilatın bütün iştirakçı ölkələrinin razılığı ilə qəbul olunmalıdır. Bunu KTMT-nin baş katibi vəzifəsini icra edən Valeri Semerikov bildirib.
“Gəlin KTMT-də qəbul olunan normativ-hüquqi bazaya əsaslanaq. Xüsusilə üzvlük, müşahidəçilik, tərəfdaşlığa dair bütün qərarlar konsensus yolu ilə qəbul edilir. Əgər bir üzv dövlət razılıq verməsə, təbii ki, qərar qəbul edilməyəcək”, - Semerikov Azərbaycanın KTMT-nin müşahidəçi və ya tərəfdaşı statusunu əldə etməsi imkanına dair suala cavabında İrəvanda jurnalistlərə bildirib.
Semerikov qeyd edib ki, Rusiyanın baş nazirinin müavini Borisov “bizim qapılarımız heç kəsin üzünə qapalı deyil” nöqteyi-nəzərinə əsaslanaraq bu cür imkanı istisna etməyib.
“İsətnilən dövlət üzv, müşahidəçi, tərəfdaş olmaq arzusunu ifadə edə bilər, lakin normativ sənədlərdə əks olunan müəyyən məhdudiyyətlər var”, - Semerikov qeyd edib. **