Azərbaycanın enerji sektorunda milli kadrların xüsusi çəkisi 90%-dən çoxdur. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, kadrların milliləşdirilməsi prosesi hökumət üçün prioritetdir. Xüsusilə, neft sektoru və energetika sahəsində.
Hüseynovun sözlərinə görə, milliləşdirilmə prosesi öz töhfəsini verir: yerli peşəkar kadrların sayı artır, xüsusilə tikinti və səhiyyə sahələrində.
O əlavə edib ki, illər ötdükcə əmək miqrantları üçün əmək kvotası azalır. “Əvvəlki illəri xatırlasaq, qeyd edə bilərik ki, kvota 12 mindən azalıb (2019-cu ildə 6,8 minədək - İF). Proses davam edir”, - Hüseynov bildirib. **
X.Nəsirzadə