Mədəniyyət Nazirliyi «İnpeks.N» şirkəti ilə nazirlikdə təmir işlərinin aparılması haqqında ümumilikdə 4 mln. 341 min 609,59 manat dəyərində iki müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, 3 mln. 907 min 343,16 manat dəyərində birinci müqavilə Mədəniyyət Nazirliyində əsaslı təmir işlərinin, 434 min 266,43 manat dəyərində ikinci müqavilə cari təmir işlərinin həyata keçirilməsini nəzərdə tutur.*
A.Əzizov