Sverdlovsk vilayətinin Sırset şəhər dairəsinin rəhbəri Dmitri Niskovskix Qəbələ şəhər İcra Hakimiyyətinə qardaşlaşmaq təklif ilə müraciət etmək niyyətindədir.
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi ilə nümayəndə heyəti Bakıya səfər zamanı Azərbhaycanla əməkdaşlığa dair 30-dan artıq danışıq aparıb.
Daloqun üçün yeni mövzulardan biri bələdiyyələrarası əməkdaşlığın təşkili olub. Bu barədə Oblgazeta.ru nəşri məlumat verir.
“Azərbaycan və Orta Ural şəhərləri arasında qardaşlıq əlaqələri həllik yoxdur, lakin şəhər dairəsinin rəhbəri Dmitri Niskovskix Qəbələ şəhər İcra Hakimiyyətinə bununla əlaqədar müraciət etmək niyyətindədir”, - məlumatda deyilir.
Onun sözlərinə görə, tam turizm klasterinin formalaşdığı Sısert üçün Respublikanın turizm mərkəzləri ilə tərəfdaşlıq maraq kəsb edir. **
F.İsazadə