Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə proqnozu 500 mln. manat artıqlaması ilə yerinə yetirməyi planlaşdırır. Bunu komitə sədri Səfər Mehdiyev deyib.
DGK üçün 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib. Beləliklə, cari ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,2 mlrd. manatı ötə bilər.
"2019-cu il üçün köçürmələr üzrə proqnozun 2018-ci ilə nisbətən 1,3 mlrd. manat çox olmasına baxmayaraq, biz dövlət büdcəsinə köçürmələri ən azı 500 mln. manat artırmağı qarşıya məqsəd qoymuşuq”, - deyə o, bu gün “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" adlı konfransda bildirib.*
B.Rüstəmbəyov