Pirallahı rayonunda yük və minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
“Qəza Pirallahı qəsəbəsinin girişində baş verib. 1 nəfər hadisə yerində dünyasını dəyişib, 3 nəfər həkim nəzarəti altındadır. Onlardan birinin vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib”, – deyə məlumatda bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.*
A.Əzizov