Azərbaycan Hesablama Palatası dövlət şirkətləri və strukturların birləşdirilmiş maliyyə hesabatlarına dair rəylər hazırlamaq niyyətindədir. Bunu Palatanın sədri Vüqar Gülməmmədov deyib.
“Bu günə dövlət strukturlarının maliyyə hesabatlarında böyük nöqsanlar var. Nəinki dövlət şirkətləri, həm də büdcə təşkilatları bizim onlara dair rəy verməyimiz üçün birləşdirilmiş maliyyə hesabatları təqdim etmirlər. Bu məsələ ilə bağlı qanunvericilik tələbləri də yoxdur. Buna görə biz qarşımıza məqsəd qoymuşuq ki, bu məsələdə irəliləyişə nail olaq”, - Gülməmmədov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, birləşdirilmiş hesabatlar tşkilatlarda aş verən prosesləri dəqiq təsvir və nümayiş etidrməlidir ki, “dövlət vacib qərarların qəbulu zamanı həmin məlumatlara əsaslana bilsin”.
Gülməmmədovun sözlərinə görə, digər problem ondan ibarətdir ki, həmin strukturlarda daxili audit xidmətlərinin fəaliyyəti də qənatəbəşx deyil.
“Hər dövlət strukturunda xarici auditdən əvvəl daxili audit xidmətərinin vəsaiti hesabına özlərinin yoxlaması aparılmalıdır. Hesablama Palatası xarici audit keçirməzdən öncə daxili audit orqanlarının işini yoxlayır və əldə olunan məlumatlar bizə işimizdə kömək edir. Əfsuslar olsun ki, hazırda dövlət strukturlarında daxili audit orqanlarının fəaliyyəti zəif təşkil olunub və biz onu qənaətbəxş kimi qymətləndirmirik”, - Gülməmmədov bildirib. **
Ə.Məmmədov