2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 10,5% - $$49,4 mlrd.-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları $4,7 mlrd. və ya 10,5% artaraq $49,4 mlrd.-a çatıb”, - deyə məlumatda bildirilir.
Yanvar-avqust aylarında bir barrel neftin orta qiyməti $65 təşkil edib.
2018-ci ilin sonuna olan vəziyyətə görə, strateji valyuta ehtiyatları $44,8 mlrd. təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.*
A.Əzizov