Azərbaycan hökuməti 2020-ci ildə dövlət büdcəsinin kəsirini 1 mlrd. 133,7 mln. manat və ya ÜDM-in 1,4% səviyyəsində proqnozlaşdırır.
Maliyyə Nazirliyinin saytında dərc olunan proqnozlara əsasən, 2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 mlrd. 484 mln. manat (2019-cu illə müqayisədə artım 5,7%), xərcləri – 25 mlrd. 617,7 mln. manat (artım 5,7%) səviyyəsində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri neftin bir barelinin qiyməti $55 səviyyəsində hesablanıb (2019-cu il üçün neftin bir barelinin qiyməti $60).
Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti $55 səviyyəsində götürülüb (2019-cU il üçün - bir barelinin qiyməti $60 götürülüb).
Gəlirlərin strukturunda 57%-i və ya 13 mlrd. 947,5 mln. manatı neft sektoru, 43%-i və ya 10 mlrd. 536,5 mln. manatı - qeyri-neft sektorundan daxilolmalar hesabına təmin etmək planlaşdırılır. 2019-cu illə müqayisədə qeyri-neft sektorundan daxilolmaların artımı 11,3% səviyyəsində planlaşdırılıb.
Xərclərin strukturunda 10 mln. 247,1 mln. manat (xüsusi çəki 40,7%) sosil məqsədlərə yönəltmək planlaşdırılır, bu da 2019-cu ilin göstəricisindən 2 mlrd. 664,2 mln. manat çoxdur.
Xüsusilə, 2020-ci ildə əmək haqqı xərcləri 6 mlrd. 723,4 mln. manat, pensiya və sosial müavinətlərin ödənilməsinə - 3 mlrd. 213,4 mln.manat, həmçinin DSMF-yə transfertlər – 1 mlrd. 426,9 mln. manat səviyyəsində planlaşdırılır.
İcbari tibbi sığortanın tətbiqi üzrə xərclər 902,9 mln. manat, ərzaq alışı vətəchizat üzrə xərclər – 414 mln. manat, digər sosial xərclər – 81,2 mln. manat səviyyəsində planlaşdırılır.
2019-cu il üçün dövlət büdcəsinin gəlirləri üzrəproqnoz 23 mlrd. 168 mln. manat, xərclər üzrə - 25 mlrd. 190 mln. manat təşkil edir. 2019-cu il üçün dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyısində proqnozlaşdırılır. **
Ə.Məmmədov